"Sevda cavab vermək halında deyil" - AÇIQLAMA
    • 25-04-2019, 13:49
    • 2 470

"Sevda cavab vermək halında deyil" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Səni axtarıram" verilişində müğənni Sevda Yahyayeva ilə bağlı qalmaqal yaşanıb. 

News24.az saytı verilişdə ifaçının ögey atası oluğunu iddia edən şəxsin ittihamlarına S.Yahyayevanın menasibətini öyrənməyə çalışdıq. İfaçının şəxsi telefonuna zəng etsək də telefona müğənninin prodüseri cavab verdi:

"Sevda cavab vermək halında deyil. Hələki O, bu haqda ümumiyyətlə açıqlama vermək istəmir".

Qeyd edək ki, ötən gün "Səni axtarıram" verilişində Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən şəxs ifaçının öz anasını evində xidmətçi kimi işlətdiyini açıqlayib.

Teymur MƏMMƏDOV