-
- 23-03-2024, 20:45
- 323
İnsanları xəyanətə məcbur edən genetik səbəb AŞKARLANDI
Araşdırmalara görə, əgər ailədə xəyanət faktoru varsa, yəni valideynlərdən biri digərini aldadıbsa, bu gələcəkdə sizin də öz partnyorunuzu aldatma ehtimalını artırır.
News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Şərqi Konnektikut Dövlət Universitetində araşdırma aparılıb. Tədqiqat xəyanətin güclü bir genetik əlaqəyə sahib olduğunu ortaya çıxarıb.
Həmçinin, iyirmi il əvvələ gedən çoxsaylı tədqiqatlar irsi genetika ilə insanın öz tərəfdaşını aldatma ehtimalı arasında güclü əlaqə olduğunu sübut edib. Bunun kökləri təkamüldədir.
Lakin araşdırma müəllifi Justin Garcia bildirib ki, bu genə sahib olmaq partnyorunuzu aldatmağa məhkum olduğunuz demək deyil, çünki insanlar hələ də öz cinsi seçimləri üzərində gücə malikdirlər.