Yarış avtomobili tamaşaçıların üzərinə çırpıldı - 4 ÖLÜ
    • 24-03-2024, 21:57
    • 161

Yarış avtomobili tamaşaçıların üzərinə çırpıldı - 4 ÖLÜ

Macarıstanın şimalında yarış zamanı avtomobilin yoldan çıxaraq tamaşaçıların üzərinə çırpılması nəticəsində 4 nəfər ölüb, ən azı 8 nəfər yaralanıb.

News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. 

Polis yarış maşınının yoldan çıxaraq tamaşaçıların üzərinə düşməsini təsdiqləyib.  Qəzanın səbəbi hələlik məlum deyil.