-
- 25-03-2024, 21:00
- 328
Fitnesdə irəliləyişi yavaşladan səbəblər AÇIQLANDI – TÖVSİYƏ
Fitness məşqçisi Elena Sobol fitnesdə irəliləyişi yavaşladan əsas səhvlərdən danışıb.
News24.az Sfera.az-a istinadən xəbər verir ki, onun sözlərini "Sport Express" sitat gətirib.
Sobol məşqdən sonra kofeinli içkilərdən çəkinməyi tövsiyə edib. O, bunun sağlamlığa mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Mütəxəssis daha sonra gündə ən azı səkkiz saat yatmağı tövsiyə edib, çünki dərin yuxu zamanı toxuma böyüməsini stimullaşdıran və əzələlərin bərpasına kömək edən böyümə hormonu ifraz olunur.
“Ən uyğun məşq cədvəli həftədə üç-dörd dəfədir. Məşqlər arasındakı fasilə ən azı 24 saat olmalıdır. Əks halda orqanizmin tükənməsi, maddələr mübadiləsinin pozulması və zədələnmə riski var”, - məşqçi qeyd edib.
Bundan əlavə, Sobol pis qidalanmanı, stress səbəbilə məşqdən imtina etməyi insanın özünə qarşı etdiyi səhv adlandırılıb. O, həmçinin lazımi miqdarda protein qəbul etməyi məsləhət görüb.