Şəfəq Kərimova itkin düşdü - Övladları ilə birgə...
    • 25-03-2024, 17:50
    • 166

Şəfəq Kərimova itkin düşdü - Övladları ilə birgə...

Cəlilabad rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən xəbərə görə, Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəfəq Kərimovanın əlamətləri: boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat vermələri xahiş olunur.