-
- 25-03-2024, 22:13
- 819
Sərxoş kişi arvadını tava ilə döydü —TƏFƏRRÜAT
Abşeron rayonunda 1970-ci il təvəllüdlü İlqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mətanətə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
News24.az Demokrat.az-a istinadən bildirir ki, İlqar 24 dekabr 2023-cü ildə, saat 17 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evdə növbəti dəfə spirtli içki qəbul etməsi səbəbindən arvadı Mətanətin ona bu pis vərdişinə görə şifahi irad bildirməsindən əsəbiləşib. O, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Mətanət ilə həmin səbəbdən, yəni ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edib. Mətanətin üzərinə hücum edərək əl, yumruq zərbələri ilə ilə onun sifət və baş nahiyələrinə, həmçinin masanın üzərindən götürdüyü dəmir mətbəx tavası ilə sifət nahiyəsinə zərbələr vurub.
Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mətanət ilə 1992-ci ildə ailə həyatı qurub, birgə nikahdan onların 2 övladı olub: “Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlarda spirtli içkilərdən istifadə etdiyimdən Mətanət ilə münasibətlərimiz pisləşdi. Hadisə günü, saat 14 radələrində yaşadığım evdə nahar edən zaman spirtli içki qəbul etdim. Həmin gün saat 17 radələrində Mətanət içki içməyimə görə irad bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı masanın üzərində olan tavanı götürdüm və həmin tava ilə Mətanətin sifət nahiyəsinə zərbə vurdum. Daha sonra isə evdən həyətə çıxdım”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İlqarın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.