Türkiyədə 147 İŞİD şübhəlisi saxlanıldı
    • 26-03-2024, 13:08
    • 80

Türkiyədə 147 İŞİD şübhəlisi saxlanıldı

İŞİD terror təşkilatına qarşı 30 əyalətdə eyni vaxtda həyata keçirilən əməliyyat nəticəsində 147 nəfər saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial şəbəkəsində bildirib.

Nazir əlavə edib ki, saxlanılan şəxslər əvvəllər terrorçu qruplaşmada “məsul vəzifələrdə çalışıblar”, həmçinin İŞİD tərəfində döyüş əməliyyatlarında iştirak ediblər və qadağan olunmuş təşkilatı maliyyələşdiriblər.

Qeyd edək ki, Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı törədən terrorçuların Türkiyədəki düşərgələrdən birində iki ay müddətində təlim keçdiyi barədə iddialar yayılıb.