Türkiyədə İŞİD əməliyyatı - 17 nəfər tutuldu
    • 22-09-2023, 17:04
    • 165

Türkiyədə İŞİD əməliyyatı - 17 nəfər tutuldu

Türkiyənin Tekirdağ başda olmaqla 9 əyalətində terror əməliyyatı keçirilib.

News24.az “TRTHaber”-ə istinadən xəbər verir ki, keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinən 17 nəfər tutulub.

Əməliyyat İŞİD-in maliyyələşdirilməsinə qarşı istintaq tədbirləri çərçivəsində keçirilib. Tutulanlardan biri “İŞİD-in xəzinədarı” olmaqda şübhəli bilinir.

Qumral