-
- 26-03-2024, 14:15
- 175
Kreml "Crocus"dakı terrorun istintaqından DANIŞDI
“Krokus Siti Holl” dakı terrorun istintaqı davam edir.
News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
Kreml sözçüsü vurğulayıb ki, dünən axşam saatlarında İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinə hesabat verib:
"Bastrıkin Putinə məlumat verib ki, istintaq zamanı terror aktının tam xronologiyasını müəyyən edə bilib. Təqsirləndirilən şəxslər dindirilmə zamanı təkcə terror aktının baş vermə şəraiti ilə bağlı deyil, həm də sifarişçilər və terror aktının hazırlanmasında köməklik göstərən şəxslər barədə ətraflı ifadələr veriblər.
Qeyd edək ki, martın 25-də Moskvanın Basmannı məhkəməsi terror aktı törətməkdə təqsirli bilinən dörd Tacikistan vətəndaşını həbs edib : 32 yaşlı Dalerjon Mirzoev, 30 yaşlı Raçabalizod Saidakrami Murodali, 25 yaşlı Şəmsidin Fariduni və 19 yaşlı Məhəmmədsobiar Fayzov.
Şübhəli şəxslər barəsində 2024-cü il mayın 22-dək həbs qətimkan tədbiri seçilib.