“Moskvada terror təşkilatçılarının Ukrayna ilə əlaqələri var” — FTX bəyanat verdi
    • 24-03-2024, 08:15
    • 553

“Moskvada terror təşkilatçılarının Ukrayna ilə əlaqələri var” — FTX bəyanat verdi

Moskvada terror aktının təşkilatçılarının Ukraynada əlaqələri var.

News24.az Demokrat.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin bəyanatında (FTX) deyilir.

“Krokus Siti Holl”dakı terror aktında iştirak edən terrorçular Rusiya-Ukrayna sərhədinə doğru qaçmağa cəhd ediblər. Terrorçular sərhədi keçməyi planlaşdırıblar və Ukrayna tərəfində əlaqələri olub. Crocus City Halldakı terror aktı diqqətlə planlaşdırılıb”, – FTX-nın bəyanatında deyilir.