"Arıqladan dərman" 100-dən çox insanı xəstəxanalıq etdi
    • 27-03-2024, 21:15
    • 333

"Arıqladan dərman" 100-dən çox insanı xəstəxanalıq etdi

Bildirilib ki, Yaponiyada “Beni-koji” pəhriz əlavəsini qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, tərkibində qırmızı düyü mayası olan “Beni-koji” qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Xəstələrin əksəriyyətinin “böyrək xəstəliyindən” şikayət etdiyi bildirilib.

Yapon şirkəti sözügedən məhsulu ölkə daxilində müxtəlif bölgələrdə bazardan geri çəkməyə qərar verdiyini açıqladı.

Səhiyyə Nazirliyi məhsulu qəbul edən 2 nəfərin öldüyünü, ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini açıqlayıb.

Ölənlərdən birinin bu məhsulu 2021-ci ilin aprelindən 2024-cü ilin fevralına qədər qəbul etdiyi müəyyən edilib.

Nazirlik brendin məhsul kateqoriyasındakı təxminən 6 min məhsulda "sağlamlığa təhlükə" üçün təcili yoxlamalar aparacaq.

Rəsmi Kyodo agentliyi bildirir ki, 2023-cü ildə şirkət 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb.

Günel Məlikzadə