-
- 28-03-2024, 13:33
- 386
Bütün gözlər İkardidə
"Qalatasaray"ın futbolçusu Mauro İkardi Antalya düşərgəsində göstərdiyi performansla texniki heyətin rəğbətini qazanıb. Sarı-qırmızılı komandada liqanın bitməsinə 8 həftə qalmış bütün gözlər İkardidə olacaq.
News24.az xəbər verir ki, Argentinalı futbolçu komandasının bombardiri olmağı bacarıb. Bütün yarışlarda 23 dəfə fərqlənən İkardi 10 qola da imza atıb.
Ötən mövsüm liqada 24 matçda iştirak edən Mauro İkardi bu müddətdə 22 qol vurub, 7 məhsuldar ötürmə edib. Keçən mövsüm liqanın durğunluqda olduğu son həftələrdə İkardi komandasına əhəmiyyətli töhfə verdi.
Təcrübəli futbolçu son 8 liqa matçında 10 dəfə qol qeyd edib.
Mauro İkardi 34 qola birbaşa töhfə verib ki.
Cari mövsümdə 23 dəfə fərqlənən və 10 qola imza atan İkardi daha 2 qola töhfə verərsə, karyerasının ən yüksək qol vurma dövrünə sahib olacaq.
Günel Məlikzadə