İkardi və Vandadan MARAQLI QƏRAR
    • 27-11-2023, 23:35
    • 313

İkardi və Vandadan MARAQLI QƏRAR

Mauro İkardi xanımı Vanda Nara ilə yenidən evlənir.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, “Qalatasaray”ın 30 yaşlı argentinalısı 3 övladının anası ilə 10 ildən sonra yenidən nikah masasına oturacaq.

Hətta iddialara görə, İstanbul klubunun icraçı direktoru Erden Timur komanda çempion olacağı təqdirdə cütülüyün toy mərasiminin “Çırağan sarayı”nda keçirəcəyinə söz verib. Bu təklifi Vanda Naraya deyən İkardi xanımından müsbət cavab alıb. Toy mərasiminin gələn ilin yay aylarında keçiriləcəyi bildirilir.

Qeyd edək ki, bu mövsüm “Qalatasaray”la 21 matça çıxan İkardi 16 qol və 5 assistlə yadda qalıb.