Məşhur "YouTuber" qanına QƏLTAN EDİLDİ: 58 bıçaq zərbəsi... - FOTO
    • 28-03-2024, 15:17
    • 747

Məşhur "YouTuber" qanına QƏLTAN EDİLDİ: 58 bıçaq zərbəsi... - FOTO

Türkiyəli YouTuber həyat yoldaşı Merve Veziroğluna 58 bıçaq zərbəsi vuran Yunus Yıldırım hakim qarşısına çıxıb. 

News24.az xəbər verir ki, Anadolu Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə Yunus Yıldırımın "həyat yoldaşını qəsdən öldürməyə cəhd" və "azadlığından məhrum etmə" cinayətlərindən 34 ilə qədər həbsə məhkum edilməsi istənilib. İş üzrə ilk məhkəmə iclası keçirilib. Anadolu 21-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə məhbus şübhəli Yunus Yıldırım, şikayətçi Merve Veziroğlu və tərəfin vəkilləri iştirak edib.

“Azadlığından məhrum etmə” cinayətinə görə 2 ildən 10 ilə qədər, “həyat yoldaşına qarşı qəsdən adam öldürməyə cəhd” cinayətinə görə 13 ildən 20 ilədək həbs cəzası ilə cəzalandırılması istənilib.

Təqsirləndirilən Yunus Yıldırımın həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verən məhkəmə heyəti təqsirləndirilən şəxsə mahiyyəti üzrə müdafiə çıxışı üçün əlavə vaxt verərək iclası təxirə salıb.

Günel Məlikzadə