Müğənni Rəvan Qarayev evlidir, ya subay?
    • 28-03-2024, 15:54
    • 631

Müğənni Rəvan Qarayev evlidir, ya subay?

Müğənni Rəvan Qarayev növbəti açıqlaması ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

News24.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, ifaçı uğursuz ailə həyatından söz salıb.

O, hazırda subay olduğunu bildirib: "Mən arabir subaylaşıram. İndi də subayam".

Rəvanın bu sözləri isə verilişin digər qonaqları tərəfindən təəccüblə qarşılanıb. Onlar Rəvanın subay olduğuna inanmayıblar. Qarayev isə özünü təsdiq etmək üçün and içib:

"Neçə ildir subay, yoxsa evli olduğumu heç kim tapa bilmir. Vallah, indi subayam, evli deyiləm".

Qeyd edək ki, Rəvan Qarayevin müxtəlif zamanlarda verdiyi açıqlamalara görə, ifaçı 2 dəfə evli olub. Bir neçə ay öncə isə o, "Rəngarəng səhər" verilişində sevdiyi xanıma evlilik təklifi edib.