Həbs iddialarına aydınlıq gətirdi
    • 29-03-2024, 08:40
    • 217

Həbs iddialarına aydınlıq gətirdi


Türkiyəli sosial media fenomeni Banu Parlak həbs olunduğu ilə bağlı iddialara aydınlıq gətirib.

News24.az OLAY-a istinadla yazır ki, o, instaqramın hekayə bölməsində paylaşım edərək xəbərlərin yalan olduğunu deyib.

“Allah eşqinə, yorulmadınız. Rahat buraxın. “Həbsxanada imişəm”, “tutulmuşam”. Belə bir şey yoxdur. Rahat buraxın məni”, - deyə, Parlak bildirib.

Qeyd edək ki, türk mətbuatında Banunun Küçükçekmece Ədliyyəsində müdiri təhqir etdiyi üçün həbs edildiyi ilə bağlı xəbərlər dərc olunub.