Azərbaycanlı müğənnidən kobud səhv - VİDEO
    • 29-03-2024, 19:56
    • 4 055

Azərbaycanlı müğənnidən kobud səhv - VİDEO

Müğənni Ülviyyə Namazova paylaşımı ilə gündəmə gəlib.

News24.az bizim.media-ya istinadən bildirir ki, ifaçı son zamanlar turistlər arasında populyarlaşan Şri-Lankaya tətilə yollanıb.

Bu haqda Namazova sosial şəbəkə hesabında məlumat verib. Qaldığı oteldən paylaşım edən Ülviyyə yayımladığı videoda kobud səhvə yol verib.

Belə ki, müğənni Şri-Lankanı ada kimi yox, şəhər kimi təqdim edib:

"Deməli, dostlar, gəlib çıxdıq tam uzaqlara - Şri-Lanka şəhərinə. Buranı çox sevirəm".

Ü.Namazovanın sözügedən görüntüləri sosial şəbəkədə yayılaraq izləyicilər tərəfindən məsxərə obyektinə çevrilib.

Qeyd edək ki, bir neçə il əvvəl Şəbnəm Tovuzlu (Əsədova) verilişlərin birində qonaq olarkən "Amerika Avropanın paytaxtıdır" deməsi ilə gündəmə səs salmışdı.