-
- 29-03-2024, 22:06
- 1 069
Manaf Ağayev dəhşətli qəza keçirib
"Mən 100-dən yuxarı maşın sürmürəm".
News24.az Titul.az-a istinadla xəbər verir ki, bunu Manaf Ağayev “Xəzər axşamı” verilişində yüksək sürətlə avtomobil idarə etməməsinin səbəbindən danışarkən deyib.
Müğənni bunun səbəbini bir dəfə artıq gözünün qorxduğu ilə əlaqələndirib. Manaf illər öncə düşdüyü o dəhşətli qəzanı belə xatırlayıb: “Mən maşın sürə bilmirəm, ümumiyyətlə. Sevmirəm... Qorxmuşam, onun üçün mən yüksək sürətlə maşın idarə etmək mənlik deyil.
Mən bir dəfə bir qəzaya düşmüşəm, o maşına kim baxsa, deyər ki, ordan salamat insan çıxa bilməz də, mümkünsüzdür. O maşən metalloma getdi, mən onun içindən sağ çıxdım.
Bu hadisə 1986-cı ildə olub. "06" idi, yoldan çıxdı getdi düşdü dərəyə. Maşın arxası üstdə qaldı. Məni "padpres"dən çıxartdılar. Birdənə burnumun kənarında yüngülvari şüşənin cızığı idi. Durdum ayağa, maşına baxırsan, elə bil konserva qutusudur. O maşın "metallom"luq oldu, düzəldilməsi mümkün deyildi".