"Həmin qəzadan sonra maşın sürmürəm" - Sevda Yahyayeva
    • 10-05-2023, 16:27
    • 523

"Həmin qəzadan sonra maşın sürmürəm" - Sevda Yahyayeva

Müğənni Sevda Yahyayeva 15 ildir avtomobil idarə etmədiyini deyib.

News24.az
axşam.az-a istinadən xəbər verir ki,  bu haqda "Xəzər axşamı" verilişində danışan ifaçı onun səbəbini açıqlayıb. Sevda bildirib ki, avtomobil qəzası keçirtdikdən sonra qorxub:

"Əvvəl maşını özüm sürürdüm. Sonra bir neçə dəfə qəza törətdim. Söz verdim ki, bir də maşın sürməyəcəyəm və sürücü ilə gəzəcəyəm. 15 ildir sürücü ilə hər yerə gedirəm. Qəzada mən yox, maşın xəsarət aldı. Düşündüm ki, bu davam etsə, özüm də xəsarət alacağam. Biz sənət adamları maşın sürməməlidir. Hər yerə tələsirik, qaçırıq, stressdə oluruq".