-
- 30-03-2024, 17:30
- 190
Bu ölkədə dönərçi robotlar işə başladı
Almaniyada dönər satışının çox ciddi biznesə çevrilməsi alimləri dönərçi robot kəşf etməyə sövq edib.
News24.az Lent.az-a istinadən xəbərinə görə, Almaniyada yaşayan türklərin dönər mağazalarının illik satışı milyonlarla avro ilə ölçülür. Ona görə, hökumət bu işi yalnız türk ustaların ümidinə buraxmayıb və geniş istehsal halına gətirməyə qərar verib.
Bunun üçün hazırlanmış dönərçi robotlar əti ideal bərabərlikdə qızardır və milliqram dəqiqliklə doğrayır. Ən əsası isə onlar birdən-birə 2 min ton ətdən dönər hazırlaya bilirlər.