Artıq yemək sifarişlərini robotlar ÇATDIRACAQ
    • 15-05-2020, 00:59
    • 935

Artıq yemək sifarişlərini robotlar ÇATDIRACAQ

ABŞ-da yemək sifarişlərinin çatdırılması üçün xüsusi robotlar istehsal olunub.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu robotlar paytaxt Vaşinqton, Los-Anceles, Detroit, Dallas, Çikaqo kimi şəhərlərin küçələrində ərzaq paylayacaq.

Sifarişlərin bu robotlar tərəfindən çatdırılması üçün xidmət haqqı isə 3 dollardan (5 manat) başlayacaq.