Sumqayıtda körpə meyiti aşkarlandı - Yeniləndi
    • 31-03-2024, 15:08
    • 143

Sumqayıtda körpə meyiti aşkarlandı - Yeniləndi


Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə News24.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.


***

Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.

News24.az APA-ya istinadla xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.

Meyitin 6 aylıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Fakt araşdırılır.