Kür çayında meyiti tapılan kişinin kimliyi məlum oldu - YENİLƏNDI
    • 26-04-2023, 20:50
    • 391

Kür çayında meyiti tapılan kişinin kimliyi məlum oldu - YENİLƏNDI

Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum olub.

Rayon sakini, 1963-cü il təvəllüdlü Nizaməddin Rəcəbovun meyiti Kür çayının sahilində, Yevlax şəhər ərazisində olan körpünün yaxınlığında tapılıb.

Onun üzərində xəsarətlər aşkarlanmayıb və suda boğularaq öldüyü ehtimal edilir.

Qeyd edək ki, mərhumun yaxınlarının bildirdiyinə görə, həmin şəxsin psixoloji problemləri olub və tüfeyli həyat tərzi yaşayıb. O, 10 gün öncə itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

15:26

Kür çayında naməlum insan meyiti tapılıb.

Meyit Kürün Yevlax rayonu ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə Yevlax Rayon Prokurorluğu və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilir.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. /Report/