Yenə güclü zəlzələ oldu
    • 31-03-2024, 18:28
    • 2 707

Yenə güclü zəlzələ oldu


Yunanıstanın Krit adasının sahillərində 4,6 maqnitudada baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı Heraklion şəhərindən 163 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.