-
- 18-03-2024, 18:00
- 210
İranda güclü zəlzələ oldu
İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri İranın 1,24 milyon nəfərə yaxın əhalisi olan Şiraz şəhərindən 216 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 25 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Mehriban Mirzəzadə