Nərimanovda yanğında xəsarət alanların vəziyyəti açıqlandı
    • 1-04-2024, 10:17
    • 222

Nərimanovda yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb. Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir.