2 saylı Klinik Psixiatriya xəstəxanası təmir ediləcək - Rəsmi
    • 1-04-2024, 11:44
    • 264

2 saylı Klinik Psixiatriya xəstəxanası təmir ediləcək - Rəsmi

Hərbi qulluqçular və şəhid ailələrinə, müharibədən zərərçəkmiş şəxslərə yaradılmış 12 mərkəzdə psixoloji yardım göstərilir. Sözügedən 12 mərkəz 7 bölgəni əhatə edir. 

News24.az xəbər verir ki, bunu "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr edilmiş dəyirmi masada çıxışı zamanı səhiyyə naziri Teymur Musayev deyib. 

Nazir qeyd edib ki, paytaxtda yerləşən  2 saylı Klinik Psixiatriya xəstəxanası təmir ediləcək. 

Teymur Musayev əlavə edib ki, bundan əlavə 2 böyük narkoloji xəstəxana tikilir: “Düşünürəm ki, bu, göstərilən xidmətin keyfiyyətinə öz təsirini göstərəcək”.

Qumral