"Vətən müharibəsi iştirakçıları dərmanla təmin edilməlidir" - Səbinə Əliyeva
    • 1-04-2024, 11:21
    • 191

"Vətən müharibəsi iştirakçıları dərmanla təmin edilməlidir" - Səbinə Əliyeva

Vətən müharibəsi iştirakçılarının psixiatriya xəstəxanasında müalicə aldığı müddətdə dövlət hesabına dərman vasitələri ilə təmin edildiyi halda, həmin şəxslər xəstəxanaları tərk etdikdən sonra dərmanların psixatrop tərkibli olduğu və bahalı olması səbəbindən dərmanları əldə edə bilmir. 

News24.az xəbər verir ki, bunu "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr edilmiş dəyirmi masada çıxışı zamanı Ombudsman Səbinə Əliyeva deyib. 

Ombudsman bildirib ki, vətən müharibəsi iştirakçıları psixatriya xəstəxanasını tərk etdikdən sonra da dərmanla təmin edilməlidir:

“Həmin şəxslərin bir qisminin əlilliyin müəyyən edilməsində də problem yaranır. Buna səbəb isə Bakıda bir psixiatriya xəstəxanasının olması və təkcə paytaxtdan yox, bölgələrdən də oraya xəstələrin gəlməsi sıxlıq yaradır. Bundan əlavə psixatriya xidməti göstərən kadrlar da çatışmır”.

Qumral