Ülviyyə Mehralıyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
    • 1-04-2024, 16:16
    • 287

Ülviyyə Mehralıyeva yüksək vəzifəyə TƏYİN OLUNDU


Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi Ülviyyə Mehralıyevaya Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) vəzifə verilib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, o, Fondda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Ü.Mehralıyeva 1988-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat və ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb.