Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin edilən KİMDİR?
    • 4-08-2023, 17:26
    • 674

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin edilən KİMDİR?

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi vəzifəsinə təyinat olub. Bu vəzifəyə Xanbaba Sultanlı təyinat alıb

News24.az
 
xəbər verir ki, İkinci “Yüksəliş” müsabiqəsinin qalibi olan Xanbaba Sultanlı 1991-ci ildə anadan olub. 

Moska Dövlət Aviasiya Universitetində İdarəçilik ixtisası üzrə və Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb.

Böyük Britaniyanin York və Fransanın Strasburq universitetlərində Biznesin İdarə edilməsi üzrə magistratura (EMBA) təhsilini davam etdirir.

X.Sultanlı bu təyinatadək “PAŞA Bank” ASC-də Korporativ və İnstitusional Bankçılıqda sənayə rəhbəri vəzifəsində çalışıb.

AYDAN