Maaş verməmək üçün işçisini döydü - ANBAAN VİDEO
    • 1-04-2024, 17:01
    • 128

Maaş verməmək üçün işçisini döydü - ANBAAN VİDEO

Xabarovskda iki qadın yolun ortasında dava edib. Hadisə yaxınlıqdakı binalardan birinin müşahidə kameralarına düşüb.

News24.az  xəbər verir ki, bu barədə “Daring Khabarovsk” Telegram kanalında məlumat yayımlanıb.

Məlumata görə, Energo Plaza ticarət mərkəzindəki geyim mağazasının sahibi işçisinə hücum edib. 

Görüntülərdə yolda bir qadının digərinin üstünə atılaraq yolun ortasında saçından tutub dartdığı görünür. Bu zaman küçə ilə hərəkət edən maşın dava edən qadınların yanından keçib. Davaya səbəb kimi isə biznes sahibinin mağaza işçisinə maaşını vermək istəməməsi göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır. Döyülən şəxsin səhhəti ilə bağlı heç bir məlumat yoxdur.

Mehriban Mirzəzadə