-
- 1-04-2024, 21:30
- 497
"Arıqladan" qida əlavələri can alır
Yaponiyada qida əlavələrindən istifadə edən 4 nəfər ölüb. Hadisədən sonra bütün gözlər qida əlavələrinə çevrilib. Xüsusilə sosial mediada tez-tez təbliğ edilən bu qidalar üçün mütəxəssislərin fikrincə, həkim məsləhəti və nəzarəti altında istifadə edilməlidir.
News24.az xəbər verir ki, pəhriz əlavələrinin sağlamlığa təsiri uzun müddətdir müzakirə olunur. Əslində Yaponiyada baş verən hadisədən sonra mübahisə yenidən alovlanıb.
Xatırldaq ki, Yaponiyada tərkibində qırmızı düyü mayası olan qida əlavələrindən ölənlərin sayı 4-ə yüksəlib. Ölənlərdən birində böyrək xəstəliyinin əlamətlərinin olduğu bildirilib. Qida əlavəsini istehsal edən şirkətin açıqlamasına görə, 100 nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda xüsusilə sosial şəbəkələrdə bir çox qida əlavələri və dərmanlar “möcüzə məhsullar” adı altında təbliğ olunur. Ancaq tez və asanlıqla arıqlamaq istəyənlərin böyük tələbatına malik olan bu məhsullar düşündükləri qədər də məsum deyil.
Günel Məlikzadə