Qəzaya düşən Mehriban Xanlarovadan: “O an yalnız onu düşündüm” – AÇIQLAMA
    • 27-04-2019, 13:55
    • 985

Qəzaya düşən Mehriban Xanlarovadan: “O an yalnız onu düşündüm” – AÇIQLAMA

Ötən gün avtomobil qəzasına düşən Azərbaycanın əməkdar artisti Mehriban Xanlarovanın vəziyyəti orta-ağırdır. 

Qəzayla bağlı News24.az-a açıqlama verən Mehriban Xanlarova hazırda evdə olduğunu bildirib: “Mən Cəlilabadan qızımgildən qayıdırdım. Sükan arxasında özüm idim. Yanımda rəfiqəm və nəvəm var idi. Rayondan qayıdanda bir kişi sürücüsü əks istiqamətdə çıxdı və mən özümü itirdim. Bu an ilk növbədə nəvəmi fikirləşdim, o dəqiqə sükanı buraxdım və nəvəmi qucağıma götürdüm. Şükür Allaha ki, nəvəmə heç nə olmayıb, o, sağ-salamatdır. Mənim ayağım sıınıb, rəfiqəminsə başı zərblə dəyib partlayıb. Rəfiqəm indi xəstəxanadadır”. 

M.Xanlarova deyib ki, qəzayla bağlı araşdırma aparılır və bu olaya səbəb olan- əks istiqamətdə hərəkət edən sürücü mütləq cəzalandırılacaq.