-
- 27-04-2019, 15:53
- 1 222
Murad Dadaşov: “Bədii Şurada vətəndaşlıq borcumuzu yerinə yetirəcəyik" Bədii Şuraya rəhbərlik Etibar Babayevə həvalə olunub
Məlum olduğu kimi, Xalq artisti Murad Dadaşov ATV-də yaradılan Bədii Şuraya üzv seçilib.
Sənətçi News24.az-a açıqlamasında yeni yaradılan Şuranın fəaliyyəti və üzvləri haqda bilgi verib: “ ATV-də yaranan bu şuraya bir çox sənət və elm adamları dəvət olunub. Şuranın rəhbərliyi Etibar Babayevə həvalə edilib. Üzvlər arasında Oqtay Mirqasımov, Musa Qasimlı, Faiq Ağayev, Vahid Əziz, Gövhər Həsənzadə, İlham Namiq Kamal var. Hamısının adı yadımda deyil. Yadımda qalanların adlarınıı qeyd elədim”.
“Şuranın işi nədən ibarətdir” sualıni isə M.Dadaşov belə cavablandırıb: “Bu şurayla bağlı təşəbbüs prezidentin mədəniyyət xadimləri ilə 1 mart tarixli görüşü zamanı qaldırılıb. Orada Cənab Prezident həm özəl, həm də dövlət kanallarında belə bir şuranın yaradılması ilə bağlı tövsiyə verdi. Nəticədə də belə bir ictimai qurumun yaradılmasına qərar verildi və məni də ora dəvət elədilər”.
Sənətçi saytlarda bədii şuraya üzv oması haqda “Murad Dadaşıva vəzifə verildi” yazılmasını da gülüşlə qarşıladı: “Bu, bəzilərinin dediyi kimi pullu vəzifə deyil. Necə deyərlər, pulsuz-parasız gedib-gələcəyik. Vətəndaşlıq borcumuzu yerinə yetirəcəyik”.