-
- 1-08-2018, 11:56
- 2 185
"Yaxşı insan İsa peyğəmbər kimi cəzalandırılır" - Nura Suri
Müğənni Nura Suri şəxsi facebook hesabında maraqlı paylaşım edib.
Hazırkı dövrün reallıqları haqda yazan ifaçı bir neçə mövzuya toxunub:
"Həyatın mənasını axtarmayın. Düşündükcə mənası daha da cılızlaşır. Dünyaya göz açmaq üçün də pul lazımdır, ölmək üçün də. Yaşadığın müddət ərzində puldan asılısan. Bu dünya böyük bir bazardır və hamı nəsə satır. Kimsə gücünü, ağlını, kimsə isə vicdanını, vücudunu, sözünü, bacarığını, vətənini və s.
Burada baş çıxarmaq üçün insan cilddən cildə girməyi də bacarmalıdır. Yaxşı insan olmaq isə cəzalandırılır – İsa peyğəmbər cəzalandırılan kimi...
Əslində, insan özünü də, dünyanı da dəyişə bilər. Nədənsə, dünyanı dəyişməyə qadir olan insanlar daha çox onun məhvinə çalışırlar. Silahlar, xəstəliklər və s. insanların icadıdır. Bunu unutmayın.
İnsanlarda nifrət hissi sevgini üstələyir. Sevgini dəbə salmasaq, dünya uçuruma gedəcək. Əvvələr bütün şeirlər, əsərlər, filmlər yalnız sevgidən idi. Bir kişi bir qadını sevirdi və bir-birlərinə görə ölümə də gedirdilər.
Vəfalı olmaq dəbdə idi – Romeo və Culyetta, Leyli və Məcnunu misal gətirmək olar. İndi sevgi sözünü və mənasını sekslə əvəz ediblər. Hətta komplimenti də “seksi görünürsən” deyirlər. Heç kəs də özündə olanla razılaşmır, daha çox istəyir. Fərqi yoxdur – pul-para, gözəllik, ağıl, kariyera, nə olur-olsun. Təki daha çox olsun. Qane olub xoşbəxt olmaqdansa, daha da çox istəyib narahat olurlar. Düşündükcə də insan dərin quyunun dibinə düşür".
Teymur Məmmədov