-
- 27-04-2019, 20:53
- 833
Səhiyyə Nazirliyi səhv qanköçürmə nəticəsində ölən uşaqla bağlı məlumat yayıb
Səhiyyə Nazirliyi səhv qanköçürmə nəticəsində öldüyü bildirilən uşaqla əlaqədar məlumat yayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Əsgərzadə Mədinə Orxan qızı 28 mart 2019-ci il tarixdə saat 14.10-da Respublika Uşaq Klinik Xəstəxanasına valideynləri tərəfindən gətirilib, aparılan müayinədən sonra vəziyyətinin ağırlığı ilə əlaqədar təcili anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
News24.az-ın ONA-ya istinadla verdiyi xəbərə görə, məlumatda uşağın xəstəxanaya daxil olarkən vəziyyəti həddindən artıq ağır olduğu bildirilib. Bu, anemik sindromla, nevroloji simptomatika ilə əlaqədardır. Dəri örtüyü kəskin solğun, qaraciyər və dalaq böyük olçüdə (6-7 sm) olub. Reanimasiyada olduğu müddətdə bütün müayinələr aparılıb (imumi kliniki, biokimyəvi, serroloji, insturmental və dar ixtisaslı həkimlər). Eyni zamanda xəstəyə ET Hematologiya və Transfuziologiya İnstitunun əməkdaşı tərəfindən baxılıb və orda bir sıra müayinələr aparılıb. Son nəticədə xəstəyə “Fetal hepatit, immun hemolotik anemiya” diaqnozu qoyulub: “Xəstə daxil olarkən Hb səviyyəsi çox aşağı (60ql) olduğuna görə təcili qan köçürülməsi həyati göstəriş olub. Valideyn heç bir sənəd təqdim etmədən, şifahi olaraq bildirib ki, doğum evində qan qrupunun A(II)Rh olduğunu deyiblərr. Buna əsaslanaraq həkim laborant tərəfindən qan qrupu 3 dəfə yoxlanaraq, 0(I)Rh+ təstiq olunub. Bioloji sınaqlar aparıldıqdan xəstəyə qan köçürülüb. 4 dəfə yuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb –nin səviyyəsi qalxmayıb. Bu da uşağın əsas xəstəliyi ilə əlaqədar olub. Tibbi protokolara və elmi ədəbiyyatlara əsaslanaraq, I qrup universal qan olduğu üçün bütün qruplara köçürülə bilər. Aparılan müalicə fonunda xəstənin vəziyyəti stabil olub, lakin 4 aprel 2019-cu ildə valideynlər həkimlərin təkidinə baxmayaraq, məsuliyəti öz üzərlərinə götürüb, müalicə və müayinələrdən imtina edərək uşağı İran İslam Respublikasına aparacaqlarını bildiriblər. Bu barədə valideynlərdən iltizamnamə alınıb”.