Xəzər Televiziyasında Bədii Şura yaradılıb - VİDEO
    • 27-04-2019, 21:33
    • 2 075

Xəzər Televiziyasında Bədii Şura yaradılıb - VİDEO

Bu gün Xəzər Televiziyasında yaradılan Bədii şuranın ilk iclası keçirilib.

News24.az-ın Xezerxeber.az-a istinadla verdiyi xəbərə görə, Xəzər Televziyasının prezidenti Şamxal Həsənlinin sədrlik etdiyi şurada ümumilikdə 12 nəfər təmsil olunur.

Şurada millət vəkilləri Elman Nəsirov, Nizami Cəfərov, Elmira Axundova, Novruz Aslan, Qüdrət Həsənquliyev, Əməkdar İncəsənət xadimi, kinorejissor Ayaz Salayev, yazıçı-publisist Həmid Herisçi, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı, kulturoloq, professor Fuad Məmmədov, Xalq artistləri Həmidə Ömərova və Nazpəri Dostəliyeva təmsil olunur.

İlk iclasda şura üzvlərindən millət vəkilləri Elmira Axundova və Qüdrət Həsənquliyev üzürlü səbəblərdən iştirak etməyiblər.
İclasda çıxış edən Xəzər Televziyasının prezidenti Şamxal Həsənli Bədii şuranın yaradılması zərurətindən danışıb.
Şamxal Həsənli əlavə edib ki, Bədii şurada təmsil olunan şəxslərin hər biri öz sahələrində sayılıb-seçilən ziyalılardır və onların fikirləri, tövsiyələri televiziyanın yayım siyasətinin qurulması üçün əhəmiyyətlidir.

Şura üzvü Novruz Aslan bildirib ki, Bədii şura sovet dövründən qalma ifadədir və ona görə də təklif edib ki, "Bədii şura", "Ekspertlər şurası" adlandırılsın.

Millət vəkili, həmçinin televiziyalarda kadrların, xüsusilə də aparıcıların peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyini bildirib.
Şura üzvü Elman Nəsirov da aparıcıların danışıq üslubunda ədəbi dil normalarına diqqət yetirilməli olduğunu bildirib.
Şura üzvü Nizami Cəfərov isə bu kimi çatışmazlıqların aradan qaldırılması üçün dil mədəniyyətinin formalaşdırılmasıni vacib hesab edib.
Şura üzvü Ayaz Salayev isə vətənpərvərlik ruhunda və maarifləndirici veriliş və filmlərə televiziyada daha çox yer verilməli olduğunu bildirib.
Digər şura üzvləri də çıxış edərək tövsiyə və təkliflərini bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: " frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen>