Daha iki nəfəri it dişlədi- bu dəfə Şəkidə
    • 28-04-2019, 11:31
    • 1 711

Daha iki nəfəri it dişlədi- bu dəfə Şəkidə

Şəkidə 2 nəfəri it dişləyib.

News24.az Reporta istinadla xəbər verir ki, ilk hadisə Daşbulaq kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Beydulla Şahməmməd oğlu Məmmədovu yaşadığı evin həyətində it dişləyib.

Digəri isə rayonun Turan qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Elxan Rəfael oğlu Balaşov qəsəbə ərazisində bir neçə küçə itinin hücumuna məruz qalıb.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

62 yaşlı Beydulla Məmmədova sol bazunun və sağ baldırın, 22 yaşlı Elxan Balaşova isə sağ budun, sağ baldırın və sol budun it dişləməsi diaqnozu qoyulub və onlara peyvənd vurulub.