-
- 3-04-2024, 20:30
- 408
Trabzonda yaşanan hadisə ilə bağlı cəzalar açıqlandı
TFF-nin saytında yer alan açıqlamaya görə, “Trabzonspor” azarkeşlərinin səbəb olduğu meydan insidentlərinə görə 6 milyon lirə cərimə və 6 matç meydanında tamaşaçısız oynamaqla cəzalandırıb.
News24.az xəbər verir ki, tünd qırmızı-mavili komandanın ev sahibi komandaya dəstək verən şəkildə anons sistemindən istifadə edərək təlimatı pozduğu üçün 112 min lirə cərimə olunmasına qərar verilib.
İdarə heyəti, rəqib komandanın tribunalarına qarşı idmana zidd davranışlar və rəqib komanda ilə dalaşmağı əsaslarla "Fənərbaxça"nın futbolçusu Jayden Quinn Oosterwolde'nin bir matçdan kənarlaşdırılması və 52 min lirə, İrfan Can Eğribayatın isə bir matçdan uzaqlaşdırılması və 13 min lirə cərimə edilməsinə qərar verib.
“Trabzonspor”un baş məşqçisi Egemen Qorxmazın rəqib komandanın idmançısı ilə dalaşdığına görə ona 13 min lirə cərimə, rəsmi yarışmada soyunub-geyinmə otağına və skamyaya girməsinə qadağa qoyulub.
"Fənərbağça"nın rəsmiləri Kürşat Çiftlik və Okan Özkan da eyni matçdakı hərəkətlərinə görə 15 sutkalıq haqq məhdudiyyəti tətbiq edilib.
Günel Məlikzadə