Nazir "TikTok"da canlı yayım açan rəis müavinini işdən çıxardı
    • 3-04-2024, 17:19
    • 264

Nazir "TikTok"da canlı yayım açan rəis müavinini işdən çıxardı

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini işdən çıxarılıb. 

News24.az Qaynarinfo-ya istinadla bildirir ki, müvafiq əmrıə mayor Mirzə Hüseynov tutduğu vəzifədən azad olunub. 

Belə ki, bundan əvvəl rəis müavini "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlər edib. Onun bu səbəbdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vəzifədən azad olunduğu iddia edilir.