Bakıda bağçada uşağı döyən tərbiyəçi İŞDƏN QOVULDU
    • 29-04-2019, 10:05
    • 1 190

Bakıda bağçada uşağı döyən tərbiyəçi İŞDƏN QOVULDU

Bakının Nəsimi rayonunda yerləşən “Qərənfil” uşaq bağçasında 2015-ci ildə 4 yaşlı Nəzirli Dilbər Əli qızını döyən tərbiyəçi Tacirli Sevinc Vaqif qızı işdən çıxarılıb.

News24.az-ın məlumatına görə, xeyli vaxtdır barəsində polis və məhkəmə orqanlarında araşdırma aparılan tərbiyəçi bağça rəhbərliyinin qərarı ilə işdən kənarlaşdırılıb. Sevinc Tacirli işdən çıxarılmasını qanunsuz sayaraq Nəsimi rayon Məhkəməsinə müraciət edib. Onun iddiası təmin edilmədiyindən tərbiyəçi bu dəfə Bakı Apelyasiya Məhkəməsinə üz tutub. O, işə bərpa edilməsini və ödənilməmiş əmək haqqının verilməsini tələb edib. İşə hakim Elnur Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Cəfərova Nigar İlham qızı "Qərənfil" uşaq bağçasında tərbiyəçisinin 2011-ci il təvəllüdlü Nəzirli Dilbər Əli qızına 2015-ci ilin yanvar ayında bir neçə dəfə və mart ayının 12-də mütəmadi olaraq güclü fiziki ağrı və ya psixi iztirablar verdiyini bildirib: “Qızıma qeydiyyatda olduğu 12 nömrəli uşaq poliklinikasının cərrahı "Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi" diaqnozunu qoyub. Bu isə o deməkdir ki, qızım Dilbərə vurulmalı olan peyvəndləri vurmaq qadağandır və digər uşaqlardan fərqli olaraq müxtəlif xəstəliklərə düçar olma riski artıqdır".

Məsələ ilə bağlı polisə müraciət edilsə də, Nəsimi rayon Polis İdarəsi hadisədə cinayət əməlinin olmadığını bildirərək cinayət işinin açılmasına rədd edib. Həmin vaxt iş İnzibati Xətalar Məcəlləsisnin 157-ci maddəsinə əsasən məhkəməyə göndərilib