Bakıda qardaş qardaşı bıçaqladı
    • 4-04-2024, 10:20
    • 159

Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda 21 yaşlı oğlan qardaşı tərəfindən bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Nağızadə Murad Faiq oğlu aralarında baş vermiş mübahisə zamanı qardaşı, 2003-cü il təvəllüdlü Nağızadə Fuad Faiq oğlunu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.