"Konqo Respublikası ilə siyasi əlaqələrimiz daha da möhkəmlənəcək"
    • 4-04-2024, 13:34
    • 201

"Konqo Respublikası ilə siyasi əlaqələrimiz daha da möhkəmlənəcək"


Səfəriniz (Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun - red.) gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək.

News24.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşdə söyləyib.

Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamikanın yaranacağına ümid etdiyini bildirən dövlətimizin başçısı deyib: Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq".