-
- 4-04-2024, 20:45
- 334
Anasının boğazını və ayaqlarını kəsdi.. - FOTO
Mersin Tarsus Dövlət Xəstəxanasında amansız qətl hadisəsi başlayıb.
News24.az xəbər verir ki, hadisə səhər saat 04:00 radələrində xəstəxananın 8-ci mərtəbəsində yerləşən neyrocərrahiyyə şöbəsində baş verib.
Xəstəxanada müalicə alan 61 yaşlı Selma Çiftçinin yanında oğlu M.Ç. (32) bıçaqla onun boğazını və ayaqlarını kəsib və tapançanın tək gülləsi ilə onu öldürüb.
Şübhəli mühafizəçilər tərəfindən tutularaq polisə təhvil verilib. Hadisə yeri araşdırma qrupları və Respublika prokuroru araşdırma apardı.
Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edərkən, şübhəli M.Y.-nin narkotik aludəçisi olduğu iddia edilib.
Günel Məlikzadə