Bu din xadimləri gələn il imtahan verəcək
    • 4-04-2024, 18:15
    • 187

Bu din xadimləri gələn il imtahan verəcək

Attestasiyadan keçməyən 13 din xadimi gələn ilin mart ayında yenidən imtahan verəcəklər.

News24.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə qurumda keçirilən müşavirədə deyib.

O xatırladıb ki, 2024-cü il 4-6 mart tarixlərində keçirilmiş din xadimlərinin attestasiya olunması üçün 61 din xadiminin sənədləri qəbul edilib:

"Attestasiya Komissiyası tərəfindən onlardan 32 din xadiminin bilik və bacarığının tutduğu vəzifəyə uyğun, 14-nün uyğun olmadığı, 13 din xadiminin isə bir ildən sonra yenidən attestasiya olunması şərti ilə fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb".