Məşhur aktrisa ana oldu - FOTO
    • 5-04-2024, 08:57
    • 288

Məşhur aktrisa ana oldu - FOTO

İyunun 21-də basketbolçu Buğrahan Tuncerlə uzun müddətdir davam edən münasibətini evliliklə taclandıran Eda Ece toydan aylar sonra körpə gözlədiyini açıqlayıb.

News24.az xəbər verir ki, hamiləliyi boyu həyəcanını izləyiciləri ilə bölüşən Eda Ecedən şad xəbər gəlib.

Eda Ece-Buğrahan Tuncer cütlüyü qızlarını qarşıladı. Cütlük ilk dəfə valideyn olmaq sevincini yaşayıb.

Qalatasaray Basketbol komandasının İnstaqram hesabında Eda Ece və Buğrahan Tuncerin kiçik qızlarını qarşıladıqları açıqlanıb.

Bəyanatda; "Hörmətli oyunçumuz Buğrahan Tuncerin qızı Mina İpek və onun sevimli həyat yoldaşı Eda Ece Tuncerə uzun ömür can sağlığı, xoşbəxtlik dolu ömür arzulayırıq, Tuncer Ailəsini ürəkdən təbrik edirik. Qalatasaray Ailəsinə xoş gəlmisiniz, Mina İpek Tuncer".

Belə ki, daha əvvəl yeni nəsil adlarına heç də xoş baxmadığını bildirən Eda Ecenin qızına "Mina İpek" adını verdiyi üzə çıxıb.

Günel Məlikzadə