Mina ilk dəfə həyat yoldaşının üzünü göstərdi - FOTO
    • 11-10-2022, 18:01
    • 760

Mina ilk dəfə həyat yoldaşının üzünü göstərdi - FOTO

Müğənni Mina Hüseynova ilk dəfə həyat yoldaşının üzünü göstərib. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni fotosunu instaqram hesabında yayımlayıb. O, həyat yoldaşının üzü görünən şəklə "Mən ailəmi sevirəm" şərhini yazıb. 

Qeyd edək ki, Mina martda ailə qurduğunu açıqlayıb və instaqram hesabını bağlayıb. Bir neçə ay əvvəl isə o, yenidən sosial şəbəkə profilini açıb. Mina tez-tez şəkillər yayımlasa da, bu günə kimi həyat yoldaşının üzünü gizlətməyə çalışıb.