Məktəblilərə qarşı soyğunçuluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO
    • 29-04-2019, 13:38
    • 1 314

Məktəblilərə qarşı soyğunçuluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO

Yasamal rayonu ərazisində məktəbliyə qarşı soyğunçuluq edilib. Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra oğluna naməlum şəxsin yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Təbriz Zeynalov.

Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha 3 məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib.

Faktla bağlı 29-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, soyğunçuluq  etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə,  Yasamal RPİ və ya  29-cu PŞ-nə müraciət edə bilərlər.