-
- 11-07-2019, 11:19
- 1 789
Bakıda məktəbli uşaqlara qarşı ŞOK CİNAYƏT – 4 Şagirdi...
Bakıda məktəbliləri soyan şəxsin məhkəməsi keçiriləcək.
News24.az-ın məlumatına görə, Yasamal rayonunda 4 məktəbliyə qarşı soyğunçuluq etmiş Zeynalov Təbriz Mirzə oğlu barəsində rayon polis idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci, yəni soyğunçuluq – təkrar törədildikdə maddəsi ilə açılan iş rayon məhkəməsinə göndərilib. Yaxın günlrdə Yasamal Rayon Məhkəməsində məhkəmə prosesi başlayacaq.
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra naməlum şəxsin oğluna yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib.
Həmin hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Təbriz Zeynalov şöbə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində yaxalanıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində daha üç məktəblinin telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi mobil telefonları satdığını bildirib.
Faktla bağlı 29-cu polis şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.