-
- 6-04-2024, 10:15
- 542
Qulançarın saysız-hesabsız faydaları
Mütəxəssis Dietoloq Şükrü Can Gülşen qulançarın bir çox faydası olduğunu ifadə edərək, "Tarixi 15-17-ci əsrlərə gedib çıxır. İlk dəfə dərman kimi istifadə edilib" deyib.
News24.az xəbər verir ki, 4 fərqli rəngə sahib olan qulançar yaşıl, bənövşəyi, çəhrayı və ağ kimi müxtəlif rənglərdə ola bilər.
Gülşen ürək üçün çox faydalı olan qulançarın osteoporozun da qarşısını almağa kömək etdiyini bildirib.
100 qram qulançarın qida dəyəri budur:
Tərkibində 39 kkal enerji, 0,10 q yağ, 1,80 q qida lifi, 0,66 mq dəmir, 64 mq fosfor, 28 mq kalsium, 20 mq maqnezium, 30,3 mq C vitamini və 80 mkq folat var.
Qulançarın faydaları nələrdir?
- Antioksidantdır: Bu səbəbdən immuniteti qoruyur və sərbəst radikalları azaldaraq xəstəliklərin qarşısını alır.
- Ürəyi dəstəkləyir: Tərkibindəki antosiyaninlər adlanan piqmentlər qan təzyiqini aşağı salaraq ürək sağlamlığını dəstəkləyir. Ürəyi gücləndirir.
- Antikarsinogendir: Tərkibində olan saponin adlı bəzi birləşmələr xərçəngin, xüsusən də kolon xərçənginin qarşısını almağa kömək edə bilər. Onlar həm də xərçəngin qarşısını alan maddələrdir.
- Həzm sistemini qoruyur: Qulançar tam lif mənbəyidir. Həzm sistemindəki orqanların ən çox sevdiyi qida lifdir. Lif həzm sistemi üzərində intensiv işləyir, onu gücləndirir və təmizləyir.
- Bir sidikqovucu təsir göstərə bilər: Qulançar böyrəklərdə aktivliyi artırır, bu, tam zərərli maddə kovucudur; Beləliklə, sidikqovucudur.
Günel Məlikzadə